Sayt qaydaları
torpaq.al saytında elan yerləşdirərkən aşağıdakı qaydalara əməl edilməlidir.
Elan yerləşdirmə qaydaları
- Elan yalnız real, mövcud torpaq sahəsinə aid olmalıdır.
- Qiymət və sahə həqiqi olmalıdır — cəlbedici görünmək üçün yanlış rəqəm yazmaq qadağandır.
- Şəkillər həmin torpaq sahəsinə aid olmalıdır. İnternetdən götürülmüş yad şəkillər qəbul edilmir.
- Eyni torpaq sahəsi üçün təkrar elan yerləşdirilməməlidir.
- Təsvirdə başqa saytların, kanalların reklamı və ya əlaqəsiz məzmun olmamalıdır.
- Əlaqə nömrəsi işlək olmalı və elan sahibinə aid olmalıdır.
Moderasiya
Hər elan dərc olunmazdan əvvəl yoxlanılır. Qaydalara uyğun olmayan elanlar rədd edilir və səbəbi kabinetinizdə göstərilir. Düzəliş edib elanı yenidən göndərə bilərsiniz.
Elanın müddəti
Elan dərc olunduqdan sonra 30 gün aktiv qalır. Müddət bitdikdən sonra kabinetdən yeniləyə bilərsiniz. Torpaq satıldıqda elanı «satılıb» kimi işarələməyiniz xahiş olunur.
Məsuliyyət
torpaq.al yalnız elan platformasıdır: alıcı və satıcı arasında vasitəçilik etmir, əməliyyatlarda iştirak etmir və elanların məzmununa görə məsuliyyət daşımır. Torpaq alarkən sənədləri (kupça/çıxarış) mütləq Əmlak Məsələləri Dövlət Xidmətindən yoxlayın və rəsmi qaydada notariusda əməliyyat aparın.