torpaq.al

Məxfilik siyasəti

Bu səhifə torpaq.al saytının istifadəçi məlumatları ilə necə davrandığını izah edir.

Hansı məlumatları toplayırıq

  • Qeydiyyat zamanı: e-poçt ünvanı və (Google ilə giriş halında) adınız.
  • Elan yerləşdirərkən: əlaqə nömrəsi, torpağın yeri və elanla bağlı yazdığınız məlumatlar.
  • Texniki: sayta baxış statistikası (hansı elana neçə dəfə baxılıb).

Bu məlumatlar necə istifadə olunur

E-poçt ünvanınız qeydiyyatın təsdiqi, şifrənin bərpası və elanınızın statusu barədə bildirişlər üçün istifadə olunur. Əlaqə nömrəniz yalnız yerləşdirdiyiniz elanın səhifəsində — «Nömrəni göstər» düyməsinə kliklədikdə görünür.

Üçüncü tərəflər

Məlumatlarınızı üçüncü şəxslərə satmırıq. Sayt Google Xəritələr və Google ilə giriş xidmətlərindən istifadə edir; bu xidmətlərə yalnız həmin funksiyaların işləməsi üçün zəruri məlumat ötürülür.

Hesabın silinməsi

Hesabınızın və bütün elanlarınızın silinməsini istəyirsinizsə info@torpaq.al ünvanına yazın.